Özünü qatarın altına atan ana ilə 2 uşağının intihar səbəbi | 1news.az | Xəbərlər
Cəmiyyət

Özünü qatarın altına atan ana ilə 2 uşağının intihar səbəbi

12:50 - 26 / 07 / 2017
Özünü qatarın altına atan ana ilə 2 uşağının intihar səbəbi

Şəmkir rayonun Zəyəm kəndində baş verən dəhşətli hadisənin təfərrüatları məlum olub.

1news.az-ın  “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə kənd sakinləri məlumat verib.

Bildiriblər ki, hadisə dünən axşam saat 21:00 radələrində baş verib: “Hadisəyə səbəb ailə münaqişəsi olub. Belə ki, vəfat edən Pərvanə Mahmudovanın həyat yoldaşı Nəsrəddin Mahmudov bibisinin himayəsində böyüyüb. Bibisi ilə tez-tez problemləri olurdu. Nəsrəddin KAMAZ şoferidir. Çox mərifətli bir insandır. Dünən hadisədən qabaq o işdə olub.  O ərinin bibisi 1960- cı il təvəllüdlü Dursun Mahmudova ilə dalaşıb. Pərvanə Mahmudova iki azyaşlı uşağını götürərək atasının evinə getmək adı ilə evdən çıxıb. Ancaq o, atasının yaşadığı ev istiqamətində deyil, dəmiryolun Qovlar-Zəyəm mənzilinin 134- cü kilometrliyində,  piket 2 ərazisinə gəlib. İki uşağın əlindən tutaraq özü ilə birlikdə Böyük Kəsik- Bakı istiqamətində hərəkətədə olan qatarın altına atıb. Həmin bədbəxt hadisə də bir anlıq olub.  

Nəsrəddinin doğma ata, anası həyatdadır. Uşaqların biri 2014-cü il təvəllüdlü Sənan, qızları Səma isə 2016- cı ildə doğulub. Hələ ki, onlar dəfn olunmayıb. Bir azdan torpağa tapşırılacaqlar”.

1news.az

 

Paylaş:
1583

Son xəbərlər

Bütün xəbərlər