Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

18:34 - 27 / 07 / 2017
Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Abşeronda dənizdə batmaq təhlükəsi ilə üzləşən daha bir nəfər xilas olunub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Abşeron rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

1news.az

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər