İrandan Azərbaycana heroin keçirmək istəyən qadın saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana heroin keçirmək istəyən qadın saxlanılıb - FOTO

20:03 - 27 / 07 / 2017
İrandan Azərbaycana heroin keçirmək istəyən qadın saxlanılıb - FOTO

Dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən uğurlu tədbirlər davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən 1news.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində “Astara” sərhəd nəzarəti məntəqəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızı İrandan Azərbaycana qayıdarkən saxlanılaraq, əşyalarına baxış keçirilib. Baxış zamanı əşyaların arasından 2 ədəd “ketçub” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkarlanaraq götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin sifarişçisi, Azərbaycan vətəndaşı 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
958

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər