“Jara” festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Jara” festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi başlayıb

20:48 - 27 / 07 / 2017
“Jara” festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi başlayıb

Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi başlanıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, qırmızı xalıya əvvəlcə festivalın təşkilatçısı, tanınmış bəstəkar və müğənni EMİN övladları ilə birlikdə çıxıb. Daha sonra xalı üzərindən Anita Tsoy və başqa ifaçılar, habelə Oleq Qazmanov, Sergey Kojevnikov ailə üzvləri birlikdə, Yeqor Krit, Valeriya həyat yoldaşı İosif Priqojin ilə birgə keçiblər. Qırmızı xalıda Yuliya Lısenko və Slava Nikitin aparıcılıq edirlər.

Açılış mərasimində məşhur estrada ulduzlarının iştirakı ilə qala-konsert olacaq, 2017-ci ilin populyar hitləri səsləndiriləcək. Festivalın ilk günündə səhnəyə Vera Brejneva, Qriqori Leps, EMİN, LOBODA, MBAND qrupu, Ani Lorak, Valeriya, Qlyuk'oza, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, Yeqor Krid, MOT və başqaları çıxacaqlar.

İyulun 28-də birinci hissədə qala-konsert və Sofiya Rotarunun yubileyinə həsr edilmiş proqram təqdim olunacaq. Ertəsi gün “Jara” tamaşaçılarını Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecələri gözləyir.

Xatırladaq ki, festivalda iştirak etmək üçün Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlib. Bu il festivalı 32 min tamaşaçı canlı izləyəcək.

1news.az

Paylaş:
1075

Son xəbərlər

AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edibBu gün, 14:57Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilibBu gün, 14:542024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi yekunlaşıbBu gün, 14:38Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdürBu gün, 14:16Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya artırılacaqBu gün, 13:56Prezident Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunubBu gün, 13:45Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVABu gün, 13:27Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36
Bütün xəbərlər