Abşeronda 3 vaqon yanaraq kül oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda 3 vaqon yanaraq kül oldu

10:58 - 27 / 07 / 2017
Abşeronda 3 vaqon yanaraq kül oldu

Abşeron rayonunda 3 ədəd vaqon yanıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Abşeron rayonunda hər biri 60 m2 olan 3 ədəd istismara yararsız sərnişin vaqonlarının yanar konstruksiyaları və ətrafa dağılmış üzlüklər 300 m2 sahədə yanıb.

Yaxınlıqdakı digər vaqonlar yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər