Lerikdəki partlayışda 1 nəfər ölüb, 2 nəfər yaralanıb – YENİLƏNİB

Lerik rayonunda baş verən partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib.
Broyler fabrikinin kəsim sexində qaz sızmasından baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda Lerik Rayon Prokurorluğu, rayon Polis Şöbəsi və İcra Hakimiyyətinin məsul şəxsləri hadisə yerindədir.
Faktla bağlı araşdırmalar aparılır.
Trend
11.45
Lerik rayonunda broyler fabrikində partlayış olub.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə Piran kəndi ərazisində qeydə alınıb.
Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.
S.Xankişiyeva