DİN Şəmkirdə ananın iki azyaşlı övladı ilə birgə intiharı ilə bağlı məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN Şəmkirdə ananın iki azyaşlı övladı ilə birgə intiharı ilə bağlı məlumat yayıb

12:29 - 27 / 07 / 2017
DİN Şəmkirdə ananın iki azyaşlı övladı ilə birgə intiharı ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə ananın iki azyaşlı övladı ilə birgə intiharı ilə bağlı məlumat yayıb.

1news.az-ın nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 25-də saat  21 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 25 yaşlı Pərvanə Mahmudova intihar məqsədi ilə azyaşlı uşaqları Sənan və Səma ilə birgə özünü Düyərli kəndinin ərazisindən keçən  Böyük Kəsik-Bakı sərnişin qatarının altına atıb.

Ana və övladları hadisə yerində ölüblər.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
861

Son xəbərlər

Bütün xəbərlər