Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim olunub

17:30 - 28 / 07 / 2017
Yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim olunub

Yeni qeydiyyatdan keçmiş 16 dini icmaya şəhadətnamələr təqdim edilib.

1news.az-ın məlumatına görə, bu məqsədlə iyulun 28-də DQİDK-da keçirilən tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların rəhbərləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında Azərbaycanda dinə, tarixi-dini abidələrimizə, dini icmaların və din xadimlərinin fəaliyyətinə göstərilən qayğının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu müsbət dinamikanın Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirib.

Azərbaycanın təkcə iqtisadi göstəricilərinə və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və multikulturalizmin səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövləti olduğunu vurğulayan Səyyad Salahlı dini icmaların cəmiyyətin mənəvi-ruhi tarazlığının saxlanılmasında böyük rola malik olduğunu qeyd edib. O, bu sahədə din xadimlərinin üzərinə düşən vəzifələrdən danışıb, eyni zamanda dini icma sədrlərinə fəaliyyətlərində milli-mənəvi, ənənəvi İslam dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini təkmilləşdirməyi tövsiyə edib.

Dini sahəyə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirən icma sədrləri rəhbərlik etdikləri icmalarda dini sabitliyin qorunub saxlanılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətində iş aparacaqlarını deyiblər.

Sonda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeydiyyat şəhadətnamələrini dini icma sədrlərinə təqdim edib. 

Babək Cahandarov

Paylaş:
653

Son xəbərlər

Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edibBu gün, 14:57Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilibBu gün, 14:542024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi yekunlaşıbBu gün, 14:38Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdürBu gün, 14:16Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya artırılacaqBu gün, 13:56Prezident Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunubBu gün, 13:45Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVABu gün, 13:27Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36“Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış mərasimi keçirilibBu gün, 12:35Dövlət başçısı ölkə qarşısında duran bəzi vəzifələri açıqladıBu gün, 12:33
Bütün xəbərlər