Şirvanda toy mərasimində bəyi əqrəb sancıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda toy mərasimində bəyi əqrəb sancıb

18:06 - 28 / 07 / 2017
Şirvanda toy mərasimində bəyi əqrəb sancıb

Şirvan şəhər sakinini əqrəb sancıb.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Şirvandakı şadlıq saraylarından birində keçirilən toyda baş verib. Şadlıq sarayında toyu olan Şirvan sakini, 1990-cı il təvəllüdlü Dadaşov Elçin Eyvaz oğlunun əqrəb sancmasından sonra vəziyyəti ağırlaşıb.

E. Dadaşov Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq tədbirlər görüldükdən sonra evə buraxılıb.

Eyni gündə başqa bir Şirvan sakini, 1979-cu il təvəllüdlü Azayev Natiq Mikayıl oğlu da əqrəb sancması ilə Şirvan şəhər Xəstəxanasının reanimasiyasına yerləşdirilib. Ona da yardım edildikdən sonra evə buraxılıb.

Babək Cahandarov

Paylaş:
971

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər