Həyətində çətənə kolu yetişdirən Binəqədi sakini tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Həyətində çətənə kolu yetişdirən Binəqədi sakini tutulub

20:29 - 28 / 07 / 2017
Həyətində çətənə kolu yetişdirən Binəqədi sakini tutulub

Polis əməkdaşları həyətində çətənə kolu yetişdirən şəxsi saxlayıblar.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əmrulla Aslanova məxsus həyətyanı sahəyə baxış keçirilib.

Baxış zamanı oradan 145 qram marixuana və kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
850

Son xəbərlər

Bütün xəbərlər