“Bəyaz təbəssüm”ə nail olmağın təbii üsulları | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bəyaz təbəssüm”ə nail olmağın təbii üsulları

21:15 - 28 / 07 / 2017
“Bəyaz təbəssüm”ə nail olmağın təbii üsulları

Hər gün qəbul etdiyimiz qidalar dişlərin saralmasına və “cəzbedici təbəssüm”ün itməsinə səbəb olur. Dişlərinizin daha parlaq görünməsini istəyirsinizsə, süni, kimyəvi vasitələrdən əlavə, təbii ağardıcılardan da istifadə edə bilərsiniz.

AZƏRTAC “cnnturk.com” saytına istinadla “bəyaz təbəssüm”ün sirlərini təqdim edir.

Çay sodası məlum olan ən populyar dişağartma metodudur. Dişləri ağartmaqla yanaşı, kariyesi təmizləyir, ağız boşluğundakı bakteriya və digər zərərli mikroorqanizmləri məhv edir.

Süfrə duzu soda qədər olmasa da, dişağardıcılardan sayılır. Antibakterial xüsusiyyətlərə malik olduğundan dildəki zərərli mikroorqanizmləri öldürür.

Qliserinin antibakterial təsiri çox güclüdür. Bakteriyaların çox olduğu yerə bir damcı qliserin damızdırmaq onları məhv etməyə kifayət edir.

Banan qabığı maqnezium kimi faydalı elementlərlə zəngindir. Bununla yanaşı, bəyaz dişlərə sahib olma vasitəsi kimi də yararlıdır. Bunun üçün banan qabığının iç tərəfi ilə dişlər sürtülür və ağız yenidən yaxalanır.

Dişləri ağartmaq üçün bəzi məhlulları da ev şəraitində hazırlamaq mümkündür.

Bir çay qaşığı soda bir çimdik duzla qarışdırılır, üzərinə bir neçə damcı sirkə turşusu əlavə edilir. Alınmış məhlulla dişlər sürtülür.

Üç faizli hidrogen-peroksid, 1 çay qaşığı soda, 2 çay qaşığı su qarışdırılır və dişlər həftədə 3-5 dəfə həmin məhlulla sürtülür. Yalnız altı ay ara verdikdən sonra proseduru yenidən təkrarlamaq olar.

Stəkanın üçdəbir hissəsinə alma sirkəsi, qalanına su əlavə edin və ağzınızı alınan məhlulla yaxalayın. Həmin qarışıq həm dişlərinizi ağardacaq, həm də diş ətinizi möhkəmləndirəcək.

Çiyələyin xalq təbabətində şəfaverici dərman kimi istifadəsi çoxlarına məlumdur. Lakin həmin meyvənin qanaxmanı dayandırmasını və diş diblərinin möhkəmlənməsinə müsbət təsir etdiyini hər kəs bilmir. Çay sodası və çiyələyin qarışığından alınan məhlul vasitəsilə dişlərdəki şərab və qəhvə ləkələrini aparmaq mümkündür.

1news.az

Paylaş:
894

Son xəbərlər

AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edibBu gün, 14:57Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilibBu gün, 14:542024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi yekunlaşıbBu gün, 14:38Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdürBu gün, 14:16Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya artırılacaqBu gün, 13:56Prezident Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunubBu gün, 13:45Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVABu gün, 13:27Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36
Bütün xəbərlər