Qazaxda Xalq Yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxda Xalq Yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb – FOTO

12:15 - 28 / 07 / 2017
Qazaxda Xalq Yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb – FOTO

Xalq Yazıçısı İsmayıl Şıxlının vəfatının 22-ci ildönümü ilə əlaqədar Qazax rayonunda anım mərasimi keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, görkəmli söz ustadının adını daşıyan parkda xatirəsinə ucaldılmış abidə önündə keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Gulaya Həsənova İsmayıl Şıxlının əsərlərinin millilik, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından dəyərinin çox böyük olduğunu bildirib.

Qeyd olunub ki, İsmayıl Şıxlı əsərlərində mənəvi-ictimai problemləri ön plana çəkərək dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirib. Yazıçının əsərlərində azərbaycançılıq ideyası öz əksini tapıb və hər dövr üçün aktuallığını qoruyub saxlayıb.

Şairlərdən Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal, Ələddin İncəli, Mustafa Rasimoğlu, Tamella Poladlı, Səhlədar Hidayətoğlu, Mübariz Qaragözlü və başqaları çıxış edərək İsmayıl Şıxlı yaradıcılığından söz açıb, yazıçının Azərbaycan ədəbiyyatına bəxş etdiyi nümunələrdən danışıb, xatirəsinə həsr etdikləri şeirləri söyləyiblər.

Sonda yazıçının ailə üzvləri adından çıxış edən Teybə Hüseynova İsmayıl Şıxlı yaradıcılığına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Babək Cahandarov

Paylaş:
1055

Son xəbərlər

AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edibBu gün, 14:57Əli Əhmədov Baş nazirin müavini vəzifəsindən azad edilibBu gün, 14:542024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi yekunlaşıbBu gün, 14:38Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdürBu gün, 14:16Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya artırılacaqBu gün, 13:56Prezident Milli Məclisdə çıxışında Ermənistanla münasibətlərin normallaşması məsələsinə toxunubBu gün, 13:45Bəzi bölgələrə yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVABu gün, 13:27Prezident quru sərhədlərin bağlı olmasından danışdı: Bizi böyük fəlakətlərdən xilas etdiBu gün, 13:15Sabah yağış yağacağı gözlənilir - ProqnozBu gün, 13:03VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib, say artırılıb - ADLARBu gün, 12:50“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”Bu gün, 12:36
Bütün xəbərlər