Göyçayda 42 yaşlı kişi özünü asıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda 42 yaşlı kişi özünü asıb

13:34 - 30 / 07 / 2017
Göyçayda 42 yaşlı kişi özünü asıb

Göyçay rayonunda intihar hadisəsi baş verib.

1news.az-ın  APA-ya istinadla verdiyi məlumata görə, hadisə bu gün saat 12:00 radələrində rayonun Qaraməryəm kəndində qeydə alınıb.

Kənd sakini, 1975-ci il təvəllüdlü Kərimov Yalçın Nağı oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.   

1news.az

 

Paylaş:
655

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər