Altı günlük körpə oğurlandı, öldürülərək quyuya atıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Altı günlük körpə oğurlandı, öldürülərək quyuya atıldı

12:49 - 30 / 07 / 2017
Altı  günlük körpə oğurlandı, öldürülərək quyuya atıldı

Lənkəranda  6 günlük körpə öldürülərək quyuya atılıb.

1news.az-ın  APA-ya istinadla verdiyi məlumata görə, hadisə  Darquba kəndində qeydə alınıb.

Altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Bir neçə gündür oğurlanan körpənin cəsədi  bu gün  quyuda aşkar edilib.

Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

1news.az

Paylaş:
1056

Son xəbərlər

Bütün xəbərlər