“Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının açılış mərasiminin vaxtı məlum oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının açılış mərasiminin vaxtı məlum oldu

13:58 - 31 / 07 / 2017
“Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının açılış mərasiminin vaxtı məlum oldu

“Beynəlxalq Ordu Oyunları – 2017” çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz kuboku - 2017” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi vaxtı açıqlanıb.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, mərasim avqustun 1-də saat 18:30-da Bakı Dənizkənarı Bulvarında (Saat qülləsinin qarşısında) başlanacaq.

Açılış mərasimində ictimaiyyət nümayəndələri, şəhər sakinləri, hərbçilər və ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də, müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Babək Cahandarov

Paylaş:
543

Son xəbərlər

Bütün xəbərlər