Qırğızıstanda 52 nəfər prezident olmaq istəyir | 1news.az | Xəbərlər
Dünya

Qırğızıstanda 52 nəfər prezident olmaq istəyir

15:44 - 31 / 07 / 2017
Qırğızıstanda 52 nəfər prezident olmaq istəyir

Qırğızıstanda prezident olmaq istəyən 52 nəfər Mərkəzi Seçki Komissiyasına müraciət edib.

1news.az  Gazeta.ru-ya istinadla xəbər verir ki, 42 nəfər müstəqil olaraq, 10 nəfərin namizədliyi isə siyasi partiyalar tərəfindən irəli sürülüb.

Qeyd edək ki, 2011-ci ildə keçirilən seçkilərdə 83 nəfər namizədliyini irəli sürmüşdü, cəmi 23 nəfər prezidentliyə namizəd kimi qeydiyyata alınmışdı.

Ölkədə seçkilər oktyabrın 15-də keçiriləcək.

Pərvanə Sultanova

Paylaş:
749

Son xəbərlər

Bütün xəbərlər