DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət edib

18:12 - 31 / 07 / 2017
DİM V ixtisas qrupu üzrə ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) V ixtisas qrupu üzrə qabiliyyət imtahanlarından müvəffəq qiymət almış və ixtisas seçimi etmək istəyən abituriyentlərə müraciət edib.

1news.az-ın DİM-ə istinadən verdiyi xəbərə görə, ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 5-dən 10-dək aparılacaq. Qeyd olunan abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

I, II, III, IV ixtisas qruplarından hər hansı biri  və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Babək Cahandarov

Paylaş:
1281

Son xəbərlər

Bütün xəbərlər