Zaqatalada ağacları kəsən şəxs cəzalandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada ağacları kəsən şəxs cəzalandırıldı

19:09 - 31 / 07 / 2017
Zaqatalada ağacları kəsən şəxs cəzalandırıldı

Zaqatala rayonunda ağacların qanunsuz olaraq kəsilməsi faktı aşkar olunub.

1news.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Zaqatala rayonunun  Muxax  kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Şikayət Nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Araşdırma zamanı sözügedən ərazidə yaş köküstə 7 ədəd ağ akasiya ağacının rayon sakini İlqar Gəncəliyev tərəfindən kəsildiyi aşkar olunub. 

Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə İ.Gəncəliyevə 2890 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Babək Cahandarov

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər