Göygöldə 21 mindən artıq çətənə kolu tapılıb

Göygöl rayonunda xeyli miqdarda yabanı halda bitən çətənə kolu aşkar edilib.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Çaykənd kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 11 ton 203 kiloqram olan 21198 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Babək Cahandarov
555