Bakıda liftdə qalan 5 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda liftdə qalan 5 nəfər xilas edilib

09:28 - 31 / 07 / 2017
Bakıda liftdə qalan 5 nəfər xilas edilib

Bu gün gecə saatlarında Bakıda liftdə qalan şəxslər xilas ediliblər.

1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 5 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. 

Babək Cahandarov

Paylaş:
601

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər