Heydər Əliyev Mərkəzinin parkında “Şahmatçı ailəm” turniri keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzinin parkında “Şahmatçı ailəm” turniri keçirilib

11:21 - 31 / 07 / 2017
Heydər Əliyev Mərkəzinin parkında “Şahmatçı ailəm” turniri keçirilib

Ötən həftəsonu Heydər Əliyev Mərkəzinin parkında “Şahmatçı ailəm” turniri  keçirilib. Yarışda 50 komanda, ümumilikdə 100 nəfər iştirak edib.

1news.az-a Mərkəzdən verilən məlumata görə, iştirakçılar  əvvəlcədən qeydiyyatdan keçərək yarışa qoşulublar. Hər komanda 2 üzvdən ibarət olub: kapitan (14 yaşınadək gənc) və onun bir ailə üzvü. Ailə üzvü olaraq bacı, qardaş, ana, ata, nənə və ya baba yarışda iştirak edib.

Turnirdə  ən gənc iştirakçının 6, ən yaşlı şahmatçının isə 75 yaşı olub. Sürətli şahmat qaydalarına uyğun keçirilən turnir 5 mərhələdən ibarət olub. Komandalar qarşılaşarkən kapitan rəqib kapitanla, ailə üzvü isə rəqib komandanın ailə üzvü ilə mübarizə aparıb. Hər bir üzvün qazandığı xalların cəmi komandanın xalı kimi hesablanıb və ən çox xal toplamış komandalar turnirin qalibi elan olunub.

1-ci yeri Səbinə Rzalının (atası Süleyman Rzalı), 2-ci yeri Mirfamil Seyidlinin ( qardaşı Mirmövsüm Seyidli), 3-cü yeri İsmayıl Məhəmmədin (atası Fərman İsmayıl) komandaları qazanıb.

Tofiq Abdullayev (babası Mehmanağa Quliyev) və Rafael Bayramlının (atası Araz Bayramov) komandaları eyni xal qazandığından hər ikisi 4-cü yerə layiq görülüblər.

İlk 3 yeri tutan komandalar medal və sertifikatla, 4-cü yeri tutanlar isə sertifikatla təltif olunub.

Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və «Ağ At» şahmat klubunun müəllimləri nəzarət edib. 

Tədbir şahmatın inkişafı və təbliği, uşaq və yeniyetmələrin, şahmatsevərlərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilib.

P.Sultanova

Paylaş:
597

Son xəbərlər

MİQ imtahanlarının vaxtı açıqlanıbBu gün, 11:02Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xidmətlərin sayı açıqlandıBu gün, 10:57Bakı küçələrində hərbçilərin yürüşü keçirilirBu gün, 10:48Küləyin sürəti 28 m/s olub - Faktiki havaBu gün, 10:43Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edibBu gün, 10:13Qusarda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümi ilə bağlı tədbir keçirilib, qazilərə maddi yardım göstərilib - FOTOBu gün, 10:06Kamaləddin Qafarov: “Ordumuz çox böyük tarix yazıb”Bu gün, 10:00İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edibBu gün, 09:38Kəlbəcərdə qəza olub - Ölən və yaralananlar varBu gün, 09:28Ağcabədidə oğurluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 09:24Rəşadətli Azərbaycan Ordusu 106 yaşındaBu gün, 09:11Müdafiə Naziri: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir25 / 06 / 2024, 22:27Dövlət başçısı bəzi hərbi qulluqçulara ali hərbi rütbə verdi25 / 06 / 2024, 22:23Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi25 / 06 / 2024, 22:20Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib25 / 06 / 2024, 22:11Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib25 / 06 / 2024, 21:47Müəllimlərin sertifikasiya imtahanlarında zəif nəticə göstərən bölgələr açıqlanıb25 / 06 / 2024, 17:50SABAH qrupları bakalavriat səviyyəsində müəllimlərin işə qəbulu üzrə müsabiqə elan olunur25 / 06 / 2024, 17:39Milli Məclisin 28 iyunda keçiriləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI25 / 06 / 2024, 17:27Agentlik monitorinq keçirdi - Bəzi dondurmalarda bakteriya aşkar edilib - FOTO25 / 06 / 2024, 17:12
Bütün xəbərlər