AŞPA komitəsində Azərbaycana dair hesabata baxılacaq | 1news.az | Xəbərlər
Siyasət

AŞPA komitəsində Azərbaycana dair hesabata baxılacaq

12:26 - 31 / 07 / 2017
AŞPA komitəsində Azərbaycana dair hesabata baxılacaq

Sentyabrın 5-də Parisdə Avropa Şurası Parlament Assambleyasının(AŞPA) Hüquq məsələləri və İnsan Haqları Komitəsinin iclası keçiriləcək.

1news.az xəbər verir ki, komitənin iclasında Azərbaycanla bağlı hesabat layihəsinə baxılacaq.

Hesabat Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyindən keçən dövr ərzində insan hüquqları sahəsindəki vəziyyəti əks etdirir.

Belçikadan olan deputat Alain Destexhenin hazırladığı sənədin nəzərdən keçirilərək, qətnamə layihəsinin qəbul ediləcəyi gözlənilir.

P.Sultanova

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər