Qadın sürücü maşını aşırdı, anası öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Qadın sürücü maşını aşırdı, anası öldü

14:51 - 01 / 08 / 2017
Qadın sürücü maşını aşırdı, anası öldü

Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 11 radələrində sözügedən rayonun Siyəzən şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Rübabə Əliyeva idarə etdiyi “KİA” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişini, anası Sənəm Musa qızı xəstəxanaya aparılarkən yolda ölüb. 

Faktla bağlı nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
580

Son xəbərlər

Bütün xəbərlər