Dövlət Xidmətinin rəisi Şamaxıda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Xidmətinin rəisi Şamaxıda vətəndaşları qəbul edəcək

18:40 - 01 / 08 / 2017
Dövlət Xidmətinin rəisi Şamaxıda vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov avqustun 16-da Şamaxıda Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərini qəbul edəcək.

1news.az-ın məlumatına görə, Xidmətin Şamaxı rayon şöbəsində keçiriləcək qəbul saat 11:00-da başlayacaq.

Qəbula yazılmaq istəyən vətəndaşların avqustun 14-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə, bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Babək Cahandarov

Paylaş:
729

Son xəbərlər

Bütün xəbərlər