Moskvada erməni və özbək miqrantlar arasında kütləvi dava baş verib | 1news.az | Xəbərlər
Dünya

Moskvada erməni və özbək miqrantlar arasında kütləvi dava baş verib

15:32 - 02 / 08 / 2017
Moskvada erməni və özbək miqrantlar arasında kütləvi dava baş verib

Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, davada 40-a yaxın adam iştirak edib.

Moskva polisinin məlumatına görə, dava iki tikinti briqadası arasında baş verib. Dava iştirakçıları Özbəkistandan və Ermənistandan gələn miqrantlar olub.

Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Qarşıdurmanın damdan atılan zibil üstündə baş verdiyi bildirilib. Hazırda insidentlə bağlı araşdırma başlayıb.

S.Xankişiyeva

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər