Bakıda yaşayış binasında yanğın olub: 6 nəfər təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayış binasında yanğın olub: 6 nəfər təxliyə edilib

16:45 - 02 / 08 / 2017
Bakıda yaşayış binasında yanğın olub: 6 nəfər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çardağında ümumi sahəsi 12 kvadratmetr olan köməkçi otaqda məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

S.Xankişiyeva

 

Paylaş:
681

Son xəbərlər

Bütün xəbərlər