BANM məzunları-STAR-ın əməkdaşları:Bakı Ali Neft Məktəbi bizim həyatımızda yeni bir səhifə açdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM məzunları-STAR-ın əməkdaşları:Bakı Ali Neft Məktəbi bizim həyatımızda yeni bir səhifə açdı – FOTO

12:44 - 02 / 08 / 2017
BANM məzunları-STAR-ın əməkdaşları:Bakı Ali Neft Məktəbi bizim həyatımızda yeni bir səhifə açdı – FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) 25 məzunu SOCAR-Türkiyə şirkətinin STAR Refinery müəssisəsində işləyəcək. Getməzdən öncə iş imkanı qazanan məzunların bir qismi ilə bu haqda danışdıq.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, gənc mühəndislər BANM-in onlara verdiyi bilikdən və həyat təcrübəsindən bəhs etdilər. Fikirlər fərqli və maraqlı oldu. Sualımız isə belədir: “Bakı Ali Neft Məktəbi sizlərə nə verdi?”

Aygül Kərimova:

“Bakı Ali Neft Məktəbi mənim həyatımda yeni bir səhifə açdı. Mühəndis olmaq mənim uşaqlıq arzum idi. Bəlkə də bu ali məktəb olmasaydı mən indi tamamilə başqa, heç də həvəsli olmadığım bir sahəni seçərdim. Məhz BANM sayəsində bugün öz sevdiyim peşəyə yiyələnmişəm. BANM mənə təkcə öz ixtisasımı deyil həm də mübariz olmağı, öz ayaqlarımın üzərində durmağı və həyatda arzularla deyil məqsədlərlə yaşamağı öyrətdi. Məhz burada mən hər zaman yanımda olacaq və yanlarında olacağım dəyərli dostlar qazandım. Bu ali məktəbin ilk məzunları olduğum üçün özümü çox xoşbəxt hiss edirəm”.

Eldar Hüseynli:

“Tələbə olmağa hazırlaşanda mənə güclü təhsil verəcək bir ali məktəbdə təhsil almaq ən böyük arzum idi. Mən Bakı Ali Neft Məktəbini seçdim və arzularımı burada gerçəkləşdirdim. Hətta əminliklə deyə bilərəm ki, bu təhsil müəssisəsinin region üzrə analoqu yoxdur. Bakı Ali Neft Məktəbi məni özümə kəşf etdirdi və daxilimdəki potensialın şəxsi inkişafımda sərf olunması üçün münbit şərait yaratdı. Savadlı və qayğıkeş müəllim kontingenti hədəflərimizə çatmaqda əvəzsiz rol oynadılar. İdarə heyətinin diqqəti və qayğısı, təhsilə olan marağın daha da artırılması üçün verilən həvəsləndirici və dəyərli hədiyyələr, nəzəri biliklərimizin praktiki olaraq tətbiqi üçün təşkil olunan ödənişli istehsalat təcrübələri yalnız və yalnız Bakı Ali Neft Məktəbində mövcuddur. Xarici təhsil proqramı və təhsilin ingilis dilində olmağı bizi dünya standartlarına cavab verəcək bir mütəxəssis kimi yetişdirdi”.

Aynaz Mirzəzadə:

“BANM-də oxuduğum 5 il  mənim bir şəxsiyyət olaraq formalaşmağımda, hərgün inkişaf etməyimdə, savadım, dünyagörüşüm və milli dəyərlərə bağlılığımın artmasında əvəzolunmaz rol oynadı. Birinci kursda təşkil elədiyimiz Novruz bayramı, Musiqili Xəmsədə qızıl medalımız heç zaman yadımdan çıxmayacaq xatirələrdir. Və bir də, ən önəmlisi qazandığım möhkəm dostluqlardır ki, bunun üçün çox-çox minnətdaram. Asan olmayan bu yolda məni yönləndirən, dəstək olan hər bir şəxsə borcluyam. Azərbaycanın və gələcəkdə dünyanın ən yaxşı ali məktəblərindən olacaq BANM-in ilk məzunları sırasında olmaqdan qürur duyuram”.

Adil Babayev:

“Akademik təhsilimə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasında başladığımdan bəri, BANM-in mənə ixtisasım üzrə praktik-nəzəri biliklər qazandırması ilə yanaşı, düzgün dostluq münasibətləri qurmaqda və müxtəlif sosial fəaliyyətlərlə özümü daha da inkişaf etdirməkdə rolu çox böyük olmuşdur. Professor və müəllim heyəti hər zaman düzgün istiqamət verərək, dərs proqramında üzləşdiyim çətinlikləri həll etməkdə öz köməyini əsirgəməmişdir. Həmçinin, müxtəlif istiqamətlərdə təcrübələrinin olduğu qonaqların ali məktəbimizə təqdimatlar, səmimi söhbətlər aparmaq üçün dəvət olunması həm gələcək karyerama dair, həm də həyata dair fikirlərimin formalaşmağında faydalı olmuşdur”.

S.Xankişiyeva

Paylaş:
1292

Son xəbərlər

Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57
Bütün xəbərlər