Səbaildə məktəblər təmir olunur – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbaildə məktəblər təmir olunur – FOTO

13:46 - 03 / 08 / 2017
Səbaildə məktəblər təmir olunur – FOTO

Son illərdə paytaxtın Səbail rayonunda 1 yeni orta məktəb inşa olunub, 2 məktəb binası sökülərək yenidən tikilib, 4 məktəb üçün əlavə tədris korpusu tikilib, digər orta təhsil müəssisələri isə əsası  təmir olunub.

Səbail Rayon İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, hazırda yay mövsümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 20-ci yaşayış sahəsi, Ömər Faiq Nemanzadə küçəsində yerləşən 162 saylı orta məktəbdə əsaslı təmir-yenidənqurma işləri aparılır.

Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimovun sözlərinə görə, qəzalı vəziyyətdə olan məktəb binası 1936-cı ildə inşa edilib, Böyük Vətən müharibəsi illərində burada təxliyə hospitalı yerləşdirilib.

1947-ci ildən etibarən bina uyğunlaşdırılmış məktəb binası kimi fəaliyyət göstərir. Məktəbdə 1385 nəfər şagird Azərbaycan və rus bölmələrində təhsil alır. Uzun müddət əsaslı təmir olunmadığına görə RİH tərəfindən bu ilin may ayından etibarən məktəbdə əsaslı təmirə başlanılıb.

Çox qısa zaman ərzində məktəbin istilik və elektrik sistemi yenilənib, qapı və pəncərələr dəyişdirilib, idman və akt zalında isə təmir işləri intensiv davam edir. Hal-hazırda binanın fasadı əsaslı təmir olunur. Təmir bitdikdən sonra məktəb hər cür avadanlıq və dərs ləvazimatları ilə təmin olunnacaqdır.

Hazırda rayonun Badamdar qəsəbəsi 239 saylı orta məktəbdə də əsaslı təmir işləri aparılır və hər iki məktəbdə təmir işlərinin sentyabr ayında başa çatdırılması nəzərdə tutulub.

Babək Cahandarov

Paylaş:
569

Son xəbərlər

Əli Əsədov Türkiyənin Ali Təhsil Şurasının sədri ilə görüşübBu gün, 17:18ADY tarif siyasətində dəyişiklik edəcək - Sərnişindaşımada YENİLİKLƏRBu gün, 17:06ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladıBu gün, 16:58Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi - FOTOBu gün, 16:57Sentyabrın ikinci ongünlüyündə ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olubBu gün, 16:55Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında çıxış edib - TAM MƏTN - FOTO - YENİLƏNİB 2Bu gün, 16:46İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİBBu gün, 16:41Sabahdan hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQBu gün, 16:10Orta Dəhlizin artan nüfuzu: ADY-nin iştirakı ilə Çin Xalq Respublikasında geniş müzakirələr aparılıbBu gün, 16:01“Xalq cəbhəsi” qəzetinə yeni baş redaktor təyin edildiBu gün, 15:55Kamaləddin Qafarov: “Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”Bu gün, 15:29AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir - VİDEOBu gün, 15:24Baş nazir Azər Əmiraslanovla bağlı sərəncam imzaladıBu gün, 15:19Türkiyə–Azərbaycan Universitetinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib - SƏRƏNCAMBu gün, 15:14Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri ilə görüş keçiribBu gün, 15:06Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:03Azərbaycan Çində keçirilən İpək Yolu konfransında təmsil olunubBu gün, 15:01Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsindən azad olunubBu gün, 15:00Şahin Seyidzadə “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilibBu gün, 14:58Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri vəzifəsindən geri çağırılıbBu gün, 14:57
Bütün xəbərlər