SOCAR iyul ayında həyata keçirdiyi qazma işlərinin həcmini açıqlayıb

Cari ilin iyul ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9673 metr qazma işi həyata keçirilib.
1news.az-ın quruma istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 9071 metri istismara, 602 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, bu ilin yanvar-iyul aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 83462 metr qazma işi görülüb ki, bunun da 77078 metri istismara, 6384 metri isə kəşfiyyata aid olub.
“Cari ilin iyul ayında qazmadan alınmış 8, il ərzində isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib”- deyə, SOCAR-dan bildiriblər.
Babək Cahandarov
910