Leyla Əliyeva: Mən səni çox istəyirəm, Heydər Əliyev - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qardaşı Heydər Əliyevi doğum günü münasibətilə təbrik edib.
1news.az-ın verdiyi xəbərə görə, Leyla Əliyeva Instagram sosial şəbəkəsində ümummilli lider Heydər Əliyevlə qardaşının fotosunu paylaşaraq təbriklərini çatdırıb:
“Əziz qardaşımı yubiley münasibəti ilə təbrik edirəm! Həmişə belə güclü, layiqli və nəcib insan olmağını arzu edirəm! Mən səni çox istəyirəm, Heydər Əliyev!”
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin ad günüdür. Heydər Əliyevin 20 yaşı tamam olur.
S.Xankişiyeva
1277