Dövlət Neft Fondu Azərbaycanın qızıl ehtiyatlarını satması xəbərinə münasibət bildirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Neft Fondu Azərbaycanın qızıl ehtiyatlarını satması xəbərinə münasibət bildirib

13:57 - 04 / 08 / 2017
Dövlət Neft Fondu Azərbaycanın qızıl ehtiyatlarını satması xəbərinə münasibət bildirib

Azərbaycan Respublikası Dövlət Neft Fondu bəzi kütləvi informasiya vasitələrində Fondun investisiya portfelinə daxil olan qızıl ehtiyatı ilə bağlı dərc olunan məqalələrə münasibət bildirib.

Fonddan 1news.az-a verilən məlumata görə, ARDNF-nin investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 175 kq (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib.

“Bir daha qeyd edirik ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi 2017-ci ildə tam başa çatdırılıb. ARDNF-nin investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsi ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır”- deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən bəzi KİV-lərdə Azərbaycanın ötən il bütün qızıl ehtiyatını satması ilə bağlı xəbərlər yer alıb. Onlar bunu Ümumdünya Qızıl Şurasının reytinq xarakterli son hesabatında Azərbaycanın yer almaması ilə əsaslandırıblar.

Babək Cahandarov

Paylaş:
999

Son xəbərlər

Bütün xəbərlər