Bakı-Quba magistral yolunda iki yük maşını toqquşub: ölənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Quba magistral yolunda iki yük maşını toqquşub: ölənlər var

11:30 - 04 / 08 / 2017
Bakı-Quba magistral yolunda iki yük maşını toqquşub: ölənlər var

Bakı-Quba magistral avtomobil yolunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 20-cı km-də “Qazel” markalı yük avtomobili “Mercedes” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Qazel” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü İsmixanov Etibar Rizvan oğlunun  və 1999-cu il təvəllüdlü İsmixanov Araz Etibar oğlunun cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Babək Cahandarov

Paylaş:
815

Son xəbərlər

Bütün xəbərlər