Oqtay Əsədov Ruhaninin andiçmə mərasimində iştirak edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Oqtay Əsədov Ruhaninin andiçmə mərasimində iştirak edəcək

11:27 - 04 / 08 / 2017
Oqtay Əsədov Ruhaninin andiçmə mərasimində iştirak edəcək

İranda prezident vəzifəsinə təkrar seçilən Həsən Ruhaninin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

O. Əsədovu parlament nümayəndə heyəti müşayiət edəcək.

Xatırladaq ki, Həsən Ruhani ikinci dəfə mayın 19-da İran prezidenti seçilib. Onun andiçmə mərasimi bu gün - avqustun 4-də parlamentdə keçiriləcək.

S.Xankişiyeva

Paylaş:
679

Son xəbərlər

Bütün xəbərlər