İranda hərbi bazada atışma: 4 hərbçi ölüb | 1news.az | Xəbərlər
Dünya

İranda hərbi bazada atışma: 4 hərbçi ölüb

1news Redaksiyası20:18 - 06 / 08 / 2017
İranda hərbi bazada atışma: 4 hərbçi ölüb

İranın Tehran əyalətinin cənubunda hərbçi təyyarə bazasında digər əsgərlərə atəş açıb, 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

1news.az-ın məlumatına görə, bu haqda Mehr agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, atışma Kəhrizək şəhərində baş verib. Həlak olanlardan biri zabit olub, digər ikisi sıravi. Hərbçilər cavab atəşi açıblar, nəticədə hücum edən şəxs öldürülüb.

Hücum səbəbləri və hadisənin təfərrüatları hələlik məlum deyil.

1news.az

 

Paylaş:
889

Son xəbərlər

Bütün xəbərlər