Türkiyədə zəlzələ təşvişi: Bodrum şəhərində yeni yeraltı təkanlar qeydə alınıb – FOTO | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə zəlzələ təşvişi: Bodrum şəhərində yeni yeraltı təkanlar qeydə alınıb – FOTO

16:30 - 08 / 08 / 2017
Türkiyədə zəlzələ təşvişi: Bodrum şəhərində yeni yeraltı təkanlar qeydə alınıb – FOTO

Artıq bir neçə gündür ki, Türkiyənin ən məşhur istirahət mərkəzlərindən olan Bodrum şəhərində yeraltı təkanlar baş verir.

1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Türkiyənin Egey dənizi sahillərində 4,9 və 4,2 bal gücündə yeni yeraltı təkanlar baş verib.

Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.

Yerin səthindən 10 km dərinlikdə baş verən yeraltı təkanlar kiçik sunaminin baş verməsinə səbəb olub.

Yunanıstanın Kos adasında 200-dən artıq türk turistin təxliyəsinə başlanılıb. Daha güclü zəlzələnin baş verəcəyidən ehtiyatlanan əhali evlərindən, qapalı məkanlardan küçələrə axın edib.

Məlumata görə, son iki gündə isə sözügedən regionda 400-dən artıq yeraltı təkan qeydə alınıb.

Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib. Onların əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir.

Hazırda daha güclü sunami təhlükəsi olduğundann şəhər sakinləri və turistlər dəniz kənarından yüksəkliklərə təxliyə edilirlər.

Bodrumda köhnə binalarda çatlar əmələ gəlib, şəhər işıqsız qalıb.

Qeyd edək ki, Bodrumda zəlzələ baş verən zaman orada azərbaycanlı turistlər də olublar. Onların sözlərinə görə, artıq bir neçə gündür ki, yeraltı kəkanlar baş verdiyindən bunu adi hal kimi qəbul edirlər. Lakin sonuncu yeraltı təkanlar daha güclü olduğundan bir qədər təşvişə düşüblər.

Qeyd edək ki, dünən də Bodrum şəhərində zəlzələ baş verib. Yeraltı təkanların gücü 4,7 bal gücündə qeydə alınıb. Zəlzələnin 5,2 kilometr dərinlikdə baş verdiyi bildirilir.

Onu da bildirək ki, ekespertlər yeraltı təkanların hələ bir ay davam edəcəyini bildirirlər.

Babək Cahandarov

Paylaş:
872

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər