Son iki ildə kibercinayətlərin sayı iki dəfə artıb | 1news.az | Xəbərlər
Dünya

Son iki ildə kibercinayətlərin sayı iki dəfə artıb

22:01 - 18 / 08 / 2017
Son iki ildə kibercinayətlərin sayı iki dəfə artıb

Son iki ildə kibercinayətlərin sayı təxminən iki dəfə artıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə “ThreatMetrix” şirkətinin hesabatında qeyd olunub. Bildirilib ki, 2015-ci ildən etibarən kibercinayətkarlıq fəaliyyəti təxminən 100 faiz yüksəlib. Məsələn, 2016-cı ilin birinci rübündən başlayaraq yeni hesablardan həyata keçirilən fırıldaqçılıq halları 30 faiz artıb.

Saxta profillərin sayının artması media şirkətlərinə güclü təsir edib. Belə ki, media şirkətləri arasında yeni hesablardan istifadəyə əsaslanan hücumların sayı 527 faiz yüksəlib. Rəqəmli mediasayt və proqramların kəskin inkişafı onları kibercinayətkarların hədəfinə çevirib. İkinci rübdə isə 28 milyon belə hücum qeydə alınıb.

Qlobal media şirkətlərinə qarşı edilmiş kiberhücumların əksəriyyəti Cənubi Amerikada qeydə alınıb. Ancaq kibercinayətkarları daha çox elektron ticarət seqmenti maraqlandırır: 2016-cı ilin birinci rübündə bu seqmentə 88 milyon hücum edilib. Bu göstərici 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz daha çoxdur. Bu halda elektron ticarət seqmentinə həyata keçirilən əməliyyatların 47 faizi mobil telefonların payına düşür. Avropa ən “mobil” region olaraq qalır: bütün əməliyyatların 53 faizi telefonların payına düşür.

1news.az

Paylaş:
755

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər