Tramp Las-Veqasda baş vermiş terrora münasibət bildirib | 1news.az | Xəbərlər
Dünya

Tramp Las-Veqasda baş vermiş terrora münasibət bildirib

19:54 - 02 / 10 / 2017
Tramp Las-Veqasda baş vermiş terrora münasibət bildirib

“Yüzlərlə vətəndaşımızın itkisinin acısını yaşayırıq. Yaralanan şəxslərə bunu demək istəyirəm: sizlər üçün dua edirik, Tanrının sizə kömək etməsini diləyirəm”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Las-Veqas şəhərində baş vermiş terror aktı ilə bağlı çıxış edərkən deyib.

ABŞ prezidenti bildirib ki, terror aktından sonra dövlət bayrağının yarıya qədər endirilməsi ilə bağlı tapşırıq verib: “Çərşənbə günü Las-Veqasda hadisə qurbanlarının ailələri, habelə hadisəyə dərhal müdaxilə edən təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə görüşümüz keçiriləcək. Bizi inancımız, ailələrimiz və ortaq dəyərlərimiz birləşdirir”.

Qeyd edək ki, bu gecə “Madalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 50-dən çox insan ölüb, təxminən 400 nəfər yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib. İŞİD terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb. İŞİD bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.

S.Xankişiyeva

Paylaş:
808

Sizin üçün xəbərlər

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər