Bakıda Alman-Azərbaycan biznes-forumu keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Alman-Azərbaycan biznes-forumu keçiriləcək

16:10 - 05 / 10 / 2017
Bakıda Alman-Azərbaycan biznes-forumu keçiriləcək

Oktyabrın 11-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə Bakıda Alman-Azərbaycan biznes-forumu keçiriləcək.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, forum Şərqi Avropa İqtisadi Əlaqələr üzrə Alman Komitəsinin və Almaniyanın Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə təşkil olunur. Builki forumun əsas mövzuları logistika, sənaye və maliyyə sahələridir.

Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək, alman şirkətlərinin və onların Azərbaycanda olan tərəfdaşlarının layihə və təkliflərini təqdim etməkdir.

Babək Cahandarov

Paylaş:
505

Son xəbərlər

Bütün xəbərlər