Bakıda yeni Apple Premium Reseller mağazası açılacaq
Oktyabırın 20-də Port Baku AVM-də yeni Apple Premium mağazası açılacaq.
Yeni Alma Store şourum formatında çalışacaq: stendləri son modellərlə demo zona Beats tamamlayacaq, həmçinin konsultasiya və təlim üçün xüsusi bölmə olacaq.
Mağaza Apple məhsulları ilə alış-veriş mərkəzinin birinci mərtəbəsində yerləşəcək. Yeni mağazanın sahəsi 170 kv artıq olacaq. Mağaza Apple bütün standartlarına uyğun müasir interyerlə təmin ediləcək: mebeli Avropadan, parketi Kanadadandır, divarlar isə işıqlı panellərlə örtüləcək.
Böyük bir sahə yeni modellərlə stendlərə ayrılacaq ki, bu da öz növbəsində onları testdən keçirməyə imkan verəcək. Yeniliklərdən biri demo-zona Beats olacaq, adı gedən qulaqlıqlarla. Yanında təlim üçün masa da yerləşdiriləcək. Mağazada həmçinin Apple məhsulları ilə yaxından tanış olmaq istəyən hər bir kəs üçün ayrı təlim otağı da fəaliyyət göstərəcək.
Mağaza xüsusi kosultasiya seksiyası ilə və Flex Table təlim ilə seçiləcək.
Arzu edən hər bir kəs masada əyləşərək, Alma Store “dahi”dən yardım ala bilər, həmçinin ayarlanmadan da. Bunun üçün mağazadan nəsə almaq məcburiyyətində deyilsiniz.
Alma Store Port Baku-da Azərbaycanda Apple alıcıları üçün yeni cəlbedici bir mərkəz olacaq. Bu sadəcə məhsullarla dolu vitrin deyil, bura həmçinin çox rahat bir məkan olacaq. Burada yeni məhsullarla tanış olub, testdən keçirdib və ekspertlərin kosultasiyasından yararlana bilərsiniz.
Bizim üçün ən vacib məqamlardan biri keyfiyyətli texnikanı dəyərləndirənlər üçün xüsusi bir mühitin yaradılmasıdır – bu haqda öz açıqlamasında Apple şirkətinin Azərbaycandakı rəsmi biznes tətəfdfaşı olan “ASBC” MMC şirkətindən bildiriblər.
Yeni mağazada Apple bütün məhsullarını bir araya toplayacaq, yeni məhsullar isə birinci olaraq Azərbaycana gətiriləcək.
Qiymətlər bazar səviyyəsində olacaq, açılış günü isə xüsusi qiymətlərlə sevindirməyə söz verirlər.
Alma Store həmçinin müxtəlif brendlərin və qiymət kateqoriyalarına aid aksesuarların geniş çeşidli seçimi olacaq.
Reklam hüququnda