ABŞ YUNESKO-dan çıxır | 1news.az | Xəbərlər
Dünya

ABŞ YUNESKO-dan çıxır

17:32 - 12 / 10 / 2017
ABŞ YUNESKO-dan çıxır

ABŞ yaxın günlərdə YUNESKO-dan çıxmaq niyyətindədir.

1news.az bu barədə xarici mətbuata istinadən məlumat verir.

Məlumata görə, YUNESKO-dan çıxmaq barədə qərar vəsaitlərə qənaət edilməsi və təşkilatdakı antiisrail fikirlərinə etiraz məqsədilə qəbul edilib.

Xatırladaq ki, Birləşmiş Ştatlar 2011-ci ildə Fələstinin təşkilatın sıralarına tamhüquqlu üzv qəbul edilməsindən sonra YUNESKO-nun maliyyələşdirilməsində iştirakdan imtina etmişdi.

1news.az

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər