“Technol” mühərrik yağları PAŞA Sığorta tərəfindən sığortalandı
“Technol” şirkəti ilə PAŞA Sığorta arasında bağlanan məsuliyyət sığortası müqaviləsinə əsasən Azərbaycanda ilk dəfə olaraq mühərrik və sürtkü yağları sığortalanıb.
Sığorta müqaviləsinə əsasən “Technol” mühərrik və sürtkü yağları istifadə olunan avtomobil mühərrikləri və bu yağların istifadə olunduğu digər texniki vasitələrdə məhsuldan hər hansı problem yaranarsa zərər PAŞA Sığorta tərəfindən qarşılanır.
İstehlakçılar sığorta predmeti olan məsələlərlə bağlı (012) 404-04-44 nömrəsinə müraciət edə bilərlər.
Qeyd edək ki, bu müqavilə ilə ilk dəfə olaraq Azərbaycanda mühərrik yağları istehsalçısı öz müştərilərinə sığortalanmış məhsul təqdim etmiş olur.
Reklam hüququnda
1088