Rövnəq Abdullayev: “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 550 milyon tondan çox neft ehtiyatı var | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rövnəq Abdullayev: “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 550 milyon tondan çox neft ehtiyatı var

12:11 - 12 / 10 / 2017
Rövnəq Abdullayev: “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda 550 milyon tondan çox neft ehtiyatı var

Hazırda Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarında və “Günəşli” yatağının dərinsulu hissəsində 550 milyon tondan çox neft ehtiyatı var. Bu ehtiyatların artması ehtimalı var.

1news.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti – 2017”-də çıxışı zamanı deyib.

Qeyd olunub ki, “Şahdəniz-1” yatağından illik 9 milyard kubmetr təbii qaz hasil edilir. “Şahdəniz-2” yatağı istifadəyə verildikdən sonra əlavə 16 milyard kubmetr qaz çıxarılacaq. Bu həcmin 6 milyard kubmetri Türkiyə bazarına, 10 milyard kubmetri isə Avropa bazarına nəql ediləcək.

Bu il sentyabrın 14-də Prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənilməsi və pay bölgüsü ilə bağlı saziş imzalandığını xatırladan SOCAR prezidenti bildirib ki, sözügedən sazişin imzalanması Azərbaycanın iqtisadi qüdrətini göstərir.

Babək Cahandarov

Paylaş:
759

Son xəbərlər

Bütün xəbərlər