YUNESKO-nun yeni baş katibi məlum olub | 1news.az | Xəbərlər
Dünya

YUNESKO-nun yeni baş katibi məlum olub

23:34 - 13 / 10 / 2017
YUNESKO-nun yeni baş katibi məlum olub

Fransanın sabiq mədəniyyət naziri Odri Azule YUNESKO-nun yeni baş katibi seçilib.

1news.az APA-ya istinadən xəbər verir ki, sabiq nazir təşkilatın İcraiyyə Şurası üzvlərinin 30 səsini qazana bilib. Qalib gəlmək üçün 58 səsdən 30-u qazanmaq kifayət idi.

Seçkilərin son turunda digər namizəd, Qətərli diplomat Həməd bin Əbdüləzizi Əl-Kavarı 28 səs toplayıb.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

1news.az

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər