Bəyanat: Səudiyyə Ərəbistanı Trampın İran siyasətini dəstəkləyir | 1news.az | Xəbərlər
Dünya

Bəyanat: Səudiyyə Ərəbistanı Trampın İran siyasətini dəstəkləyir

13:19 - 14 / 10 / 2017
Bəyanat: Səudiyyə Ərəbistanı Trampın İran siyasətini dəstəkləyir

Səudiyyə Ərəbistanı Krallığı ABŞ prezidenti Donald Trampın İran və onun aqressiv kursuna qarşı yürütdüyü qətiyyətli strategiyanı dəstəkləyir.

Bu barədə 1news.az-a Səudiyyə Ərəbistanın Azərbaycandaki səfirliyindən daxil olan bəynatda deyilir.

Səfirlik vurğulayıb ki, Səudiyyə Ərəbistanl ümumi çağırışlar, xüsusilə də, İranın regionda yeritdiyi siyasət və bəzi hərəkətlərinin qarşısının alınması üçün Amerika Birləşmiş Ştatlarının bölgədəki müttəfiqləri ilə birgə fəaliyyət göstərəcək.

“Səudiyyə Ərəbistanı Krallığı regionumuz və dünyada kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması zərurətinə inanaraq, bundan öncə İran və 5 + 1 dövlətləri arasında nüvə sazişini dəstəkləyib. Bunun İranın nüvə silahı əldə etməsinin hər hansı formada qarşısının alınmasına gətirib çıxaracağını, sülh və təhlükəsizliyə nail olunacağına ümid edib. Lakin İran sanksiyaların qaldırılması nəticəsində yaranan iqtisadi gəlirdən istifadə edərək, ondan regionun sabitliyini pozmağı davam etdırmək üçün istifadə edib, xüsusilə öz ballistik raket proqramını inkişafı etdirib” -deyə səfirlik bildirib.

Vurğulanıb ki, İran beynəlxalq qərarları açıq və kobud şəkildə pozub:  “İran Qırmızı dəniz və Ərəb körfəzindəki beynəlxalq dəniz koridorlarını İnqilab Keşikçiləri və Husi yaraqlıları vasitəsilə davamlı hədəfə alıb. Səudiyyə Ərəbistanı və region dövlətlərinə qarşı kiber hücumları davam etdirib.

Bundan çıxış edərək, Krallıq Donald Tramp tərəfindən elan edilən arzuedilən məqsədlərə çatmaq, İranın yürütdüyü siyasətin beynəlxalq təhlükəsizlik və sülhə yaratdığı təhlükənin aradan qaldırılması üçün ABŞ və beynəlxalq ictimaiyyətdə olan tərəfdaşları ilə işləməkdə davam edəcək. Belə ki, görüləcək iş yalnız onun nüvə proqramı ilə məhdudlaşmır, geniş mənada onun bütün təcavüzkarlıq fəaliyyətini əhatə edir. İranın kütləvi qırğın silahları əldə etməsi üçün bütün yolların kəsilməsi məqsədini güdür”.

Xatırladaq ki, oktyabrın 13-də  Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

P.Sultanova

Paylaş:
469

Sizin üçün xəbərlər

Son xəbərlər

Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01BMT “ASAN xidmət”i 4 qitədə təşviq edəcəkBu gün, 10:00Ölkə ərazisindəki bəzi çaylarda sululuq artıbBu gün, 09:46AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirimBu gün, 09:39AMB 26 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:21Bakının sıxlıq olan küçə və prospektləri - SİYAHIBu gün, 09:18Prezident İlham Əliyev Donald Trampa zəng edibBu gün, 09:16Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:37
Bütün xəbərlər