Məktəblilər arasında şahmat yarışı keçirilib - FOTO | 1news.az | Xəbərlər
İdman

Məktəblilər arasında şahmat yarışı keçirilib - FOTO

20:49 - 17 / 10 / 2017
Məktəblilər arasında şahmat yarışı keçirilib - FOTO

Bakıda məktəblilər arasında şahmat üzrə yarış keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, turnirdə Binəqədi rayonu üzrə 32 ümumi təhsil müəssisəsindən 156 şagird iştirak edib.

Yarışın təşkilində əsas məqsəd məktəblilər arasında şahmata marağı artırmaq, onların bacarıqlarını üzə çıxarmaq və şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdən ibarət olub. 

Turnirin nəticələrinə əsasən, 276 və 246 nömrəli məktəb-liseylərin şagirdləri müvafiq olaraq I, III, 244 nömrəli tam orta məktəbin şagirdləri II yeri tutub.

Qaliblər diplom və medalla təltif olunub.

1news.az

Paylaş:
2401

Son xəbərlər

Bütün xəbərlər