Smartfonlar üçün ilk 5G-modem nümayiş olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Smartfonlar üçün ilk 5G-modem nümayiş olunub

21:52 - 17 / 10 / 2017
Smartfonlar üçün ilk 5G-modem nümayiş olunub

“Qualcomm Technologies” şirkəti mobil qurğular üçün “5G” şəbəkəsində rabitə üçün ilk modem təqdim edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Qualcomm Snapdragon X50 5G” çipseti 28 QHs-də işləyən “mmWave” tezliklər zolağında 1 giqabitlik sürəti və qoşulmanı təmin edir.

Şirkətin məlumatına görə, bu, faktiki olaraq smartfonlar üçün ilk 5G-modemdir. Əvvəllər yalnız xırda və orta biznes üçün qutu şəklində modemlər mövcud idi. İndi bütün imkanlar smartfona tətbiq edilib.

“Qualcomm” şirkətinin planına görə, “Snapdragon X50 5G NR” seriyasına məxsus modemlər 2019-cu ilin birinci yarısından başlayaraq, 5G-smartfonlarda və beşinci nəsil rabitə şəbəkələrində istifadə olunacaq.

1news.az

Paylaş:
512

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər