İstanbuldan gələn şəxs “beşbarmaqla” yaxalandı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.
Yoxlama zamanı, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Babək Cahandarov
435