Nizami Nadirov və Şaitdin Əliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Nizami Nadirov və Şaitdin Əliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

19:31 - 18 / 10 / 2017
Nizami Nadirov və Şaitdin Əliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Nizami Nadirovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

1news.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Hüseyn oğlu Nadirov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şaitdin Sərdar oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

1news.az

Paylaş:
1051

Son xəbərlər

Bütün xəbərlər