Ermənistanda hərbi hissədə baş verən partlayışda ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistanda hərbi hissədə baş verən partlayışda ölən və yaralananlar var

18:39 - 20 / 10 / 2017
Ermənistanda hərbi hissədə baş verən partlayışda ölən və yaralananlar var

Ermənistan ordusunun hərbi hissəsində baş verən partlayış nəticəsində ölən və yaralanan var.

1news.az-ın məlumatına görə, oktyabrın 19-da işğal olunmuş Hadrut yaşayış məntəqəsində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində baş vermiş partlayış nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

Məlumatda hadisədən dərhal sonra partlayışın baş verdiyi əraziyə çoxlu sayda təcili yardım maşınlarının və digər xüsusi texnikanın cəlb edildiyi də bildirilir.

Cinayət işi açılıb, hadisə ilə bağlı istintaq aparılır. Partlayış baş verən ərazidə müxtəlif qurumların vəzifəli şəxslərindən ibarət komissiya işləyir.

1news.az

Paylaş:
1085

Son xəbərlər

Bütün xəbərlər