"Qarabağ"ın futbolçusu qızının ölümündən danışdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

"Qarabağ"ın futbolçusu qızının ölümündən danışdı - FOTO

15:44 - 21 / 10 / 2017
"Qarabağ"ın futbolçusu qızının ölümündən danışdı - FOTO

'Qarabağ''ın haitili futbolçusu Donald Gerye bu yaxınlarda vəfat etmiş körpə qızının ölüm səbəbi barədə danışıb.

1news.az  xəbər verir ki, o, “lenouvelliste.com” saytına açıqlamasında qızı 'Miahın doğulan zaman virusa yoluxduğunu vurğulayıb:

“Bu, anasının yaxın qohumu xəstəxanaya gələn zaman onu öpdüyü üçün baş vermişdi. Həmin qadının ağzının küncündə yara vardı, oradan keçib. Virus beyinə keçdiyi üçün yeni doğulmuş uşaqlar üçün təhlükəlidir. Virus tez yox olmasa, gələcəkdə uşağın ayaqlarının iflic olmasına gətirib çıxardır. Xoşbəxtlikdən iflic olmağın qarşısını almaq üçün virusa yoluxduğunu tez öyrənmişdik. Lakin bu, digər fəsadların qarşısını almaq üçün kifayət deyil. Virus məhv edilsə də, həkimlər bizi Miahda epileptik tutmanın olacağı barədə xəbərdar etmişdilər. Bu hal baş verən zaman ona təcili kömək etmək lazım idi. Tədricən bu cür tutmalar azalmışdı və Miah yaxşı idi. Lakin ötən cümə axşam vaxtı yataqda uzandığı vaxt tutma baş verdi və ona qalib gəldi''.

1news.az

 

Paylaş:
945

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər